Qüdrət Həsənquliyev deputat həmkarı Pənah Hüseynin cavabını verdi

img

30-11-2009 [02:58]


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Milli Məclisin son toplantısında Azərbaycan-Rusiya münasibətləri və Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsilə bağlı səsləndirdiyi fikirlər bir sıra dairələrin spekulyasiya predmetinə çevrilib, bir sıra siyasilər və mətbuat orqanları tərəfindən təhrif olunub. Bu fikirlər BAXCP mətbuat xidmətinin Qüdrət Həsənquliyevə istinadən yaydığı açıqlamada ter alıb. BAXCP sədri derutat həmkarı Pənah Hüseynin ?Qüdrət Həsənquliyevin fikirləri antimilli mövqedir? açıqlamasına münasibət bildirib. Qüdrət Həsənquliyev parlamentdə səsləndirdiyi fikirlərin məqsədyönlü şəkildə təhrif olunduğunu bildirib: ?Mən parlamentin son toplantısındakı çıxışımdan bir neçə gün öncə eyni fikirləri Pənah Hüseynin və Müsavat Partiyasını təmsil edən bir neçə millət vəkilinin yanında dilə gətirmişdim. O zaman Pənah Hüseyn bu fikirləri birmənalı şəkildə dəstəkləmişdi. Pənah Hüseyn indi düşünə bilər ki, o zaman biclik edirmiş. Təbii ki, bu onun öz problemidir. Ancaq belə davranışın hamıya bəlli olan bir adı var". BAXCP sədri bildirib ki, o, hər zaman Avro-atlantik məkana inteqrasiyanın tərəfdarı olub, lakin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması onun üçün bütün digər məsələlərdən irəlidə dayanır: "Mən çıxışımda da açıq şəkildə bildirmişdim ki, əgər Rusiya Azərbaycanın Dağlıq Qarabağ üzərindəki suveren hüquqlarını tanıyarsa, bu hüquqların tam təminatı üçün üzərinə öhdəlik götürərsə, məhz o zaman sadaladığım addımların atılması mümkündür". BAXCP sədri öz mövqeyini təsdiqləmək üçün Ermənistan-Türkiyə münasibətlərindən nümunə də gətirib: "Biz erməniləri yalnız Xocalı soyqırımını törətməkdə ittiham edirik. Lakin ermənilər bütün türklərin "erməni soyqırımı" törətdiklərini iddia edirlər. Bu iddialara, onillər boyu aparılan təbliğata baxmayaraq, bu gün Ermənistan öz maraqlarından çıxış edərək, Türkiyə ilə əlaqələr qurur, protokollar imzalayır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA