?Xəzər Lənkəran?da qolları yalnız əcnəbilər vurur

img

26-11-2009 [01:57]


Dünən keçirilən ?Xəzər Lənkəran? - ?Bakı? oyunuyla Unibank Premyer Liqada birinci dövrəyə yekun vuruldu. Qol.Az-ın məlumatına görə, Lənkəran təmsilçisi ilk dövrədə rəqib qapılarından 13 qol keçirib. Qolların hamısına da 4 legioner imza atıb. Lalin 5, Kalinkov 4, Souza 3, Svetkov isə 1 dəfə rəqib qapılarına yol tapıb. ?Xəzər Lənkəran? heyətində 20 futbolçu var ki, (qapıçıları çıxmaq şərtiylə) onlardan da 7-i yerli oyunçulardır. Lakin Ruslan Poladov, Ceyhun Sultanov, Ramazan Abbasov, Nizami Hacıyev, Alim Qurbanov, Rəşad Kərimov və Rahid Əmirquliyevdən heç biri rəqib qapısına yol tapmağa müvəffəq olmayıb. ?Qarabağ?ın heyətində isə əksinə, 10 qolun hamısına yerli futbolçular imza atıb. Bu da normaldır. Çünki Ağdam klubunun heyətində yalnız bir əcnəbi var ki, o da - Admir Teli müdafiəçidir. Eyni zamanda ?İnter?, ?Bakı?, ?Olimpik-Şüvəlan? və ?Simurq?un da qollarının böyük hissəsini legionerlər vurub. ?Olimpik-Şüvəlan?ın 11 qolundan yalnız birinə (Tərlan Xəlilov), ?Simurq?un 15-qolundan 3-nə (Elşən Məmmədov), ?Bakı?nın 8 qolundan birinə (Bəxtiyar Soltanov) və ?İnter?in 22 qolundan ikisinə (Samir Abbasov) yalnız 1 yerli futbolçu imza atıb. ?İnter?in və "Simurq" heyətində daha bir qolun müəllifi olan Vladimir Levlə Sergey Sokolov milliləşərək, milli komandamızın heyətində çıxış etsələr də, Levin əslən ukraynalı, Sokolov isə rusiyalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA