Deputat Əhəd Abıyev yenə də sərt ittihamlar səsləndirdi

img

26-11-2009 [01:16]


Bu gün deputat Əhəd Abıyev jurnalistlərə son günlər mətbuatın gündəmində olan Masallı rayonunda iş adamı Çingiz Həşimov və onun oğlu Yavər Həşimovun həbsi ilə bağlı yaranmış vəziyyət barədə açıqlama verib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Ə.Abıyev deyib ki, Masallı rayonunda baş verənlərlə bağlı obyektiv olmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə hazırda rayonda özbaşinaliq var, seçki prosesinə müdaxilələr edilir: ?Mənim heç kimlə münaqişəm yoxdur, Çingiz Həşimov və onun oğlunun qanunsuz həbsi ilə bağlı öz sözümü demişəm. Çingiz Həşimovla mənim heç bir yaxın əlaqəm yoxdur. Çingiz Həşimovun əmisi oğlu Ədalət Həşimov Respublika Prokurorluğunda yüksək vəzifə tutur. Mən Ədalətdən Çingizin həbsinə niyə münasibət bildirmədiyini soruşdum. Dedi ki, onu otaqdan bayıra buraxmırlar. Respublikada bütün hüququ-mühafizə orqanları bu məsələdən xəbərdardır. Hamı başa düşür ki, Masalıda qanunsuzluqlar baş verir. Mənim dediyim bütün sözlərin əsası var və bunları sübut edəcəyəm?. Ə.Abıyev onu da deyib ki, bu məsələ ilə əlaqədar Prezident Administrasiyasının yüksək vəzifəli şəxslərinin qəbuluna düşə bilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA