Elmar Məmmədyarov Koreyanın ölkəmizə yeni təyin olunmuz səfirini qəbul edib

img

25-11-2009 [01:33]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Koreyanın ölkəmizə yeni təyin olunmuş səfiri Li Ci-Hanı qəbul edib. Azərbaycan XİN-dən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, etibarnamənin surətini təqdim edən səfir Azərbaycana təyin olunmasından məmnun olduğunu deyib. Səfir fəaliyyəti dövründə Koreya-Azərbaycan arasında iqtisadi, siyasi, mədəni, təhsil, mətbuat və digər sahələrdə münasibətlərin inkişafına və genişlənməsinə xidmət edəcəyini və bunun üçün ölkələr arasında böyük potensialın olduğunu söyləyib. Öz növbəsində nazir E.Məmmədyarov səfir Li Ci-Hanı Azərbaycana səfir təyin edilməsi münasibətilə təbrik edib, Azərbaycan ilə Koreya arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu və Azərbaycan-Koreya əlaqələrinin intensivləşdirilməsi üçün mövcud geniş imkanlardan daha səmərəli şəkildə istifadə olunmasının məqsədəmüvafiqliyini qeyd edib. Həmçinin tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA