Moldovalı idmançı qaydasız döyüzdə aldığı zərbədən dünyasını dəyizdi

img

24-11-2009 [05:38]


Qaydasız döyüşdə iştirak edən moldovalı Vitali Mıtsu K-1 üzrə Dünya Qran-prisinin üçqat qalibi Semmi Şiltlə görüşdən sonra ölüb. Lent.az-ın Rumıniyanın ?Gardianul? nəşrinə istinadən verdiyi məlumata görə, insident noyabrın 19-da Buxarestdə baş verib. İctimaiyyət isə yalnız bundan 5 gün sonra xəbər tutub. Şahidlərin sözlərinə görə, 22 yaşlı Mıtsu Şiltin dizlə sinəsinə vurduğu zərbədən sonra döşəməyə yıxılıb. Həkimlər bir saat ərzində idmançını reanimasiyaya çatdırmaq istəsələr də, onların səyləri uğursuz alınıb. Yarılma nəticəsində Mıtsunun kəskin interstitsional pnevmoniyadan əziyyət çəkdiyi müəyyənləşib. Həkimlər Şiltin endirdiyi zərbənin ölümcül təsirini istisna ediblər. Bununla yanaşı, mütəxəssislərin apardıqları testlər Mıtsunun narkotik qəbul etdiyini də göstərib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA