Prezident ilham Əliyev Rusiyaya izgüzar səfərə yollanıb

img

24-11-2009 [02:25]


Prezident İlham Əliyev Rusiya Federasiyasının dövlət başçısı Dmitri Medvedyevin dəvəti ilə bu ölkənin Ulyanovsk şəhərinə işgüzar səfərə yollanıb. Dövlət başçısını Bakının hava limanında baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Ulyanovskda rusiyalı həmkarı Dmitri Medvedevlə görüşəcək. Bu görüşdə enerji sahəsindəki əməkdaşlığın genişləndirilməsi və Qarabağ nizamlanması ilə bağlı məsələləri müzakirə ediıəcək. "İnterfaks" agentliyi bu barədə Kremldəki mənbəyə istinadən yayıb. Həmçinin prezidentlər Ulyanovskda dünya və regional problemləri müzakirə edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA