Bələdiyyə seçkilərində 31 min 861 nəfər mübarizə aparacaq

img

24-11-2009 [01:09]


Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində 31 min 861 namizəd iştirak edəcək. Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, bu namizədlər 1718 bələdiyyədə olan 15 min 682 bələdiyyə üzvlüyünə iddialıdırlar. Bələdiyyə üzvlüyünə namizədlərin 16 min 20-si ali təhsilli, 166 nəfər natamam ali, 8938 nəfər orta təhsilli, 6737 nəfər orta ixtisas təhsilli şəxslərdir. Seçkilərdə 6222 nəfər qadının bələdiyyə üzvlüyünə namizəd olaraq qatılıb. Hakim Yeni Azərbaycan Partiyası 15 388, Ana Vətən Partiyası 120, Vətəndaş Həmrəyliyi Partiyası 223, Müsavat Partiyası 125, Demokratik Azərbaycan Dünyası Partiyası 76, Ümid Partiyası 375, Kommunist Partiyası 7, Azərbaycan Vətənpərvərlər Partiyası 4, Sosial Rifah Partiyası 8, Sosial Demokrat Partiyası 1, Liberal Demokrat Partiyası 4, Müasir Müsavat Partiyası 22, Demokratik İslahatlar Partiyası 72, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 238, Böyük Quruluş Partiyası 385, Vətəndaş Birliyi Partiyası 31, Vətəndaş və İnkişaf Partiyası 1, Milli Demokrat Partiyası 10 namizəd irəli sürüb. Seçkilərə 11 331 nəfər bitərəf qatılıb. Namizədlərin 382 nəfəri isə partiya mənsubiyyətini göstərməyib. Qeyd edək ki, namizədlərin irəli sürülməsi mərhələsində bələdiyyə seçkiləri ilə bağlı 35 min 076 nəfərin namizədliyi təsdiq edilib. Dairə Seçki Komissiyalarında müxtəlif səbəblərə görə 3215 nəfərin namizədliyinin qeydə alınmasından imtina edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA