Ermənistan çempionu "Bakı"ya rəqib olmaq istəmədi

img

24-11-2009 [12:42]


Daha bir komanda Rusiyada keçiriləcək "Birlik Kuboku"na qatılmaqdan imtina edib. Fanat.az xəbər verir ki, Ermənistan çempionu "Pünik" yarışda iştirak etmək istəmədiyini açıqlayıb. Bununla bağlı İrəvan klubu Ermənistan Futbol Federasiyasına məktub ünvanlayıb. Klub rəhbərliyi turnirdən imtinaya oyunların süni örtüklü meydançada keçirilməsini səbəb kimi göstəriblər. "Pünik"in əvəzinə Moskvaya Ermənistan çempionatının gümüş mükafatını qazanan "Mika"nın yollanacağı gözlənilir. klubunun əvəzləyəcəyi gözlənilir. Qeyd edək ki, "Neftçi" 2005-ci ildə turnirin 1/4 final mərhələsində "Pünik"i məğlub etmişdi. Bir il sonra isə ermənilər futbolumuzun flaqmanı ilə oyuna çıxmaqdan imtina edərək, Moskvadan qaçdıqlarından Təşkilat Komitəsi "Pünik"i cəzalandırmışdı. Komanda bu səbəbdən ötən il yarışa qatılmamışdı. Onu da qeyd edək ki, Azərbaycanı turnirdə "Bakı" təmsil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA