Nazir Elmar Məmmədyarov ABŞ-ın Müdafiə nazirinin köməkçisinin müavini qəbul edib

img

23-11-2009 [07:24]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini xanım Selest Uolanderi qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən verilən məlumata görə, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq, habelə regional və qlobal təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparılıblar. Xanım S.Uolander Azərbaycanın beynəlxalq antiterror əməliyyatlarına verdiyi töhfəsinin, habelə Əfqanıstanda sülhün və sabitliyin təmin olunması istiqamətində dəstəyinin ABŞ tərəfindən yüksək qiymətləndirildiyini vurğulamışdır. Öz növbəsində, nazir E.Məmmədyarov Azərbaycanın ABŞ-la bütün sahələrdə sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlığın daha da dərinləşdirilməsində ölkəmizin maraqlı olduğunu qeyd etmişdir. Nazir E.Məmmədyarov ölkəmizin Əfqanıstanda yalnız təhlükəsizlik sahəsinə yox, həmçinin humanitar, təhsil və əhalinin normal şəraitdə yaşamasına zəmin yaradan digər sahələrdə də tövhə verdiyini bildirmişdir. Görüşdə həmçinin birgə maraq kəsb edən digər müxtəlif ikitərəfli, regional və qlobal mövzular ətrafında da fikir mübadiləsi aparılmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA