ABŞ Müdafiə Nazirliyinin rəsmisi Azərbaycana gəlib

img

23-11-2009 [02:57]


ABŞ Müdafiə Nazirinin Rusiya-Ukrayna-Avrasiya üzrə müavininin köməkçisi Selest Uolander bu gün Azərbaycana səfər edib. ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ABŞ Müdafiə Nazirliyinin rəsmisi Selest Uolanderin bu gün Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmiləri ilə görüşləri olacaq. Selest Uolander Birləşmiş Ştatlar və Azərbaycan arasında təhlükəsizlik üzrə əməkdaşlığı müzakirə edəcək və əlaqələrin inkişaf etdirilməsi üçün sahələri araşdıracaq. ?Əhalisinin əksəriyyəti müsəlman olan, müasir, dünyəvi dövlət kimi tanınan Azərbaycan zorakı ekstremizm təhlükəsinə qarşı mübarizədə əsas müttəfiqdir?, - deyə Uolander bildirib. Qeyd edək ki, Russiya və Avrasiya regionlarında təhlükəsizlik məsələləri üzrə uzunmüddətli ekspert kimi çalışan Dr.Uolander ötən müdafiə nazirinin mərkəzi aparatında işə başlayıb. Əvvəllər, Corctaun Universitetində (2006-2008) professor, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (2001-2006) Rusiya və Avrasiya Proqramının direktoru və elmi işçisi, Vaşinqtonun Kolumbiya əyalətində Xarici Əlaqələr Şurasında baş elmi işçi və Harvard Universitetində (1989-2000) dövlət idarəçiliyi üzrə professor vəzifələrində çalışıb. ANS PRESS

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA