AMiP digər müxalifət partiyaları ilə əməkdazlıq etməyəcək

img

23-11-2009 [02:50]


Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bələdiyyə seçkiləri ilə bağlı hər hansı partiya ilə əməkdaşlıq etmək niyyətində deyil. Bu bərədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov bildirib ki, hər hansı müxalifət partiyasının bütün seçki dairələrində namizəd irəli sürəcəyini düşünmür və əməkdaşlıq üçün də səmimi münasibətin gərəkli olduğunu vurğulayıb: ?Biz heç vaxt əməkdaşlıq xətrinə əməkdaşlıq etməmişik. Hər halda istəyirik ki, qurduğumuz əməkdaşlıq möhkəm olsun. 2003-cü ilin prezident seçkilərində AXCP Etibar Məmmədovun namizədliyinin dəstəklənməsi üçün guya bizimlə birlikdə ?Qələbə? bloku yaratdı. Amma məsələ konkret işə qalanda, onlar AMİP-i müdafiə etmədilər. Biz belə əməkdaşlıqdan çəkinirik və acı nəticələrini götürmüşük?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA