Həmsədrlər prezidentlərin görüzü barədə bəyanat verdilər

img

23-11-2009 [02:21]


ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın Münhen görüşü barədə bəyanatla çıxış ediblər. ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanatda deyilir ki, prezidentlərin dörd saat davam edən görüşü konstruktiv keçib və bəzi məsələlərlə bağlı tərəqqi əldə edilib. Həmsədrlər bildirirlər ki, eyni zamanda bəzi məsələlər hələ də açıq olaraq qalır. Bəyanatda qeyd olunur ki, ümumilikdə prezidentlər görüşdə həmsədrlərinin təklifləri sırasında daha mühüm əhəmiyyət kəsb edən və hələ də razılığa gəlinməyən məsələləri təfsilatı ilə və dərindən müzakirə ediblər. Prezidentlər öz ölkələrinin xarici işlər nazirlərinə bəzi məsələlər üzərində işi davam etdirməyi tapşırıblar. Həmsədrlər növbəti dəfə ATƏT Xarici İşlər Nazirləri Şurasının illik toplantısı çərçivəsində Afinada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edəcəklər. Xatırladaq ki, İlham Əliyevlə Serj Sarkisyan dünən Almaniyanın Münhen şəhərində Fransa konsulluğunda görüşüblər. Bu görüş prezidentlərin bu il ərzində sayca altıncı görüşü olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA