Mərkəzi Seçki Komissiyası trenerlər üçün treninqlərə bazlayıb

img

23-11-2009 [01:49]


Mərkəzi Seçki Komissiyası noyabrın 23-də trenerlər üçün treninqlərə start verilib. ?Avropa? otelində keçirilən treninqlərdə hər dairə seçki komissiyasından iki trener iştirak edir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri giriş sözü ilə açan Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov bildirib ki, MSK tərəfindən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi artıq bir ənənə halını alıb: ?Mərkəzi Seçki Komissiyasının maariflənirmə sahəsində gördüyü işlər nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilib. Maarifləndirmə tədbirlərinin dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyələrinin artırlmasında böyük əhəmiyyəti var. Təsadüfi deyil ki, ölkə Prezidenti də bu məsələlərlə bağlı Mərkəzi Seçki Komissiyasının qarşısında vəzifələr qoyub. Biz dövlət başçısının tövsiyələrindən sonra sözügedən sahədə fəaliyyətimizi daha da intensivləşdirmişik. Bu tədbir də həmin fəaliyyətin tərkib hissələrindən biridir. Məntəqə seçki komissiyalarının üzvləri seçki günü məntəqədə həyata keçiriləcək seçki hərəkətləri barədə bilikləri DSK-lardakı trenerlərdən alacaqlar. Məntəqə seçki komissiyaları üzvlərinin peşə hazırlığının səviyyəsi bu tədbirdə hazırlanacaq trenerlərin peşəkarlığından asılı olacaq. Ona görə də trenerlər məşğələlər zamanı diqqətli olmalıdırlar?. Sonra MSK-nın treninq qrupunun trenerləri seçki günü icra olunan müxtəlif prosedurlarla bağlı məşğələlər keçmişlər. Xatırladaq ki, trenerlər üçün treninqlər 4 gün davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA