Azərbaycan və Ermənistan prezidentləri növbəti dəfə görüzüblər

img

22-11-2009 [06:17]


Bu gün Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüş keçirilib. Azərbaycan tərəfi görüşə saat 12:10-da, 15 dəqiqə sonra isə Ermənistan tərəfi iqamətgaha gəlib. ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye jurnalistlərə bildirib ki, görüş qapalı keçiriləcək. Görüşdə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağın təhlükəsizlik və özünüidarəsini təmin edən müvəqqəti statusun müəyyənləşdirilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirəcək dəhlizin ayrılması, öz müqəddaratını təyinetmə hüququnun qanuni təminatı yoluyla Dağlıq Qarabağın yekun hüquqi statusu, məcburi köçkünlərin öz yurdlarına qaytarılması haqqının təminatı və bölgədə sülhyaratma qüvvələrinin yerləşdirilməsi məsələləri ətrafında müzakirələrin aparıldığı bildirilir. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratke (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib. [b]ANS TV[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA