Müsavatçı namizədlər Sumqayıtdakı DSK-lardan Məzahir Pənahova zikayət edib

img

21-11-2009 [04:37]


Müsavat Partiyasının Sumqayıt şəhər 41, 42, 43 saylı Seçki Dairələrindən namizədliklərini irəli sürən müsavatçılar qaşılaşdıqları təzyiqlərlə bağlı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova müraciət ediblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, müraciətdə imzatoplama kampaniyasından sonrakı mərhələdə DSK-larda onlara qarşı qeyri-obyektiv münasibət sərgiləndiyi qeyd olunub: ?Respublika üzrə Müsavat paytiyasının bələdiyyə üzvlüyünə namizədlərinə qarşı göstərilən ədalətsiz, qərəzli və qanuna zidd, sifarişli münasibətlər Sumqayıt bələdiyyəsinin ərazisində olan 41,42 və 43 saylı dairələrində də yaşanmaqdadır. Belə ki, 20.11.2009-cu il tarixdə rəsmi tələbimizlə 41 saylı DSK-dan Müsavat Partiyasının Sumqayıt bələdiyyəsi üzvlüyünə namizədi Rasim İlyasovun, 42 saylı DSK-dan Vahid Şəmiyev və Vidadi Feyziyevin, 43 saylı DSK-dan isə Bəhruz Əsədbəyli, Ruslan Fətullazadə və Sərvər Bağırovun imza vərəqələrinin yoxlanılmasının yekunlarına dair işçi qrupların protokollarının surətləri bizə təqdim edilmişdir. Məlum olmuşdur ki, hər üç dairədə əsassız olaraq bu və ya digər səbəblərdən namizədlərimizin qeydə alınmasını əngəlləyən rəylər verilib?. Qeyd edək ki, müsavatçıların müraciətinin surətləri ATƏT-in Bakı ofisinə, Müsavat Partiyasının Seçki departamentinə və 41, 42 və 43 saylı Sumqayıt DSK-na da göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA