Bələdiyyə seçkilərinə namizədlərin qeydiyyatı baza çatır

img

20-11-2009 [03:09]


Noyabrın 23-də bələdiyyə seçkilərinə namizədlərin qeydiyyatı başa çatır. Mərkəzi Seçki Komissiyasından Müstəqil İnformasiya Agentloyinə verilən məlumata görə, 118 dairə üzrə 1718 bələdiyyədə olan 15 682 yerə 21 356 nəfərin namizədliyi qeydə alınıb. Bələdiyyə seçkisində 30 partiyanın üzvləri iştirak edir. Hakim Yeni Azərbaycan Partiyası marafona 17 651 nəfərlə qatılıb. Böyük Quruluş Partiyası seçkidə 380, Ümid Partiyası 339, Vətəndaş Həmrəyliyi Partiyası 292, Ana Vətən Partiyası 285, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 256 üzvlə təmsil olunur. Aparıcı müxalifət partiyalarından Müsavatın 76, Xalq Cəbhəsinin 26, Demokratın 22 namizədi qeydə alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA