Araz Əzimov: "Ermənistanın mövqeyində əks istiqamətdə dəyiziklik müzahidə olunur"

img

19-11-2009 [06:00]


Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Azərbaycan və Ermənistan prezidentlərinin yaxın günlərdə görüşməsi barədə məlumatları təsdiqləyib. O, bildirib ki, "bu ən yüksək səviyyəli görüşdən Azərbaycan müzakirələrin əsaslı və prinsipial formada aparılmasını, qarşı tərəfin keçən görüşdə tutduğu mövqeyində dəyişikliyin olmasını gözləyir". Araz Əzimovun fikrincə, dəyişiklik olmasa, inkişafdan danışmaq mümkün olmayacaq. Nazir müavini bildirib ki, Ermənistanın mövqeyində əks istiqamətdə dəyişiklik müşahidə olunur. "Həmsədrlərin bir neçə dəfə səy göstərməsinə, bu qədər görüş keçirmələrinə və ümid bəslədikləri inkişafı əldə etmək üçün addımlar atmalarına baxmayaraq, Ermənistan yenə də təklif olunan variantlara və verilən prinsiplərə məhəl qoymur, yenidən Azərbaycanın ərazi bütövlüyünü pozmağa və işğal olunmuş torpaqların bir hissəsini o biri hissəsindən ayırmağa üstünlük verir. Deməli, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərindən kənardır, Ermənistanın mövqeyində müsbət dəyişiklik olmalıdır". Xarici işlər nazirinin müavini Azərbaycanın öz mövqeyində kompromislərə yer saxladığını da vurğulayıb: "Azərbaycan körpünün ortasında dayanır və qarşı tərəfin bu nöqtəyə gəlməsini gözləyir. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyü çərçivəsində kompromisləri müzakirə etməyə hazırdırsa, bunu müzakirə etməyə biz də hazırıq", deyə A. Əzimov bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA