Türkiyə millisinin ulduz futbolçusu Arda Turan "donuz qripi"nə yoluxdu

img

19-11-2009 [02:56]


"Qalatasaray"ın kapitanı, Türkiyə millisinin ulduz futbolçusu Arda Turan "donuz qripi"nə yoluxub. Fanat.az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi saytı vasitəsi ilə məlumat yayıb. "Futbolçumuz Arda Turanın burun axması, yüksək tempratur və halsızlıqdan şikayəti olduğundan müayinədən keçirilib və nəticədə onun H1N1 virusuna yoluxduğu məlum olub. Futbolçumuz bununla bağlı ətraflı məlumatlandırılıb, hazırda müalicəsi davam edir. Səhhəti yaxşı olan kapitanımıza istirahət verilib. Hazırda o, komandadan ayrı qalır. Noyabrın 23-ə qədər Ardanın müalicəsi davam etdiriləcək", deyə "Qalatasaray"ın rəsmi saytı vasitəsi ilə yaydığı bəyanatda bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA