Arif Hacılı müsavatçılara qarzı ən böyük məneənin Naxçıvanda olduğunu bildirir

img

19-11-2009 [02:45]


?Müsavatın Naxçıvanda yüzə qədər bələdiyyədən namizədi irəli sürülmüşdü. Amma onlara mane oldular. Maneələr ondan ibarət oldu ki, onlara imza vərəqələri çox gec verildi. Bəzilərinə ayın 10-da, bəzilərinə isə 12-də, yəni vaxtın bitməsinə bir gün qalmış imza vərəqələri verildi. Ancaq bizim nümayəndələr lazım olan imzaları toplayaraq, DSK-lara təqdim ediblər?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Naxçıvandakı bələdiyyə seçkiləri ilə bağlı vəziyyətə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bütün ölkə ərazisində olduğu kimi, Naxçıvanda da Müsavatdan olan namizədlərə maneələr yaradılır: ?Maraqlı cəhət ondan ibarətdir ki, Naxçıvandakı DSK-ların heç biri kampaniya dövrü işləmirdi, yəni bağlı idi. Namizədlərimizə bildirirdilər ki, DSK sədrləri və katibləri möhürlə birlikdə Bakı şəhərindədir. Bu amil ona gətirib çıxardı ki, nümayəndələrimiz imza vərəqələrini həddindən artıq gec aldılar. Təbii ki, bu da ciddi qanun pozuntusu idi. Ən böyük qanun pozuntusu imza vərəqələrinin verilməməsi, yaxud gecikdirilməsidir ki, bu da Naxçıvanda baş verdi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA