Elmar Məmmədyarov Daniel Steyni qəbul edib

img

18-11-2009 [10:20]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisinin baş müşaviri Daniel Steyni qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında geniş əlaqələrin olduğunu qeyd edən D.Steyn ABŞ-ın Azərbaycanla enerji sahəsində uzunmüddətli uğurlu əməkdaşlığını məmnuniyyətlə qeyd edib. Həmçinin qonaq qlobal enerji təhlükəsizliyinin təmin olunması məsələsinin ABŞ-ın xarici siyasətinin prioritetlərindən biri olması və ölkəsinin enerji daşıyıcılarının dünya bazarlarına çatdırılmasında çoxşaxəliliyi dəstəklədiyini qeyd edib. Öz növbəsində nazir E.Məmmədyarov iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığı yüksək qiymətləndirmiş, Azərbaycanın mühüm coğrafi məkanda yerləşdiyini qeyd edərək ölkəmizin enerji daşıyıcıların ixracatçısı olması ilə yanaşı, onların dünya bazarlarına çatdırılmasındakı tranzit imkanlarını da vurğulayıb. Görüşdə tərəflər qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA