BMT-nin Azərbaycan, Əfqanıstan və Mərkəzi Asiya ölkələri üçün iclası keçirilib

img

18-11-2009 [01:35]


Cari ilin 12-13 noyabr tarixində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) BMT-nin Asiya və Sakit Okean üzrə Sosial və İqtisadi Komissiyası (UNESCAP) ilə birgə təsis etdiyi BMT-nin Azərbaycan, Əfqanıstan və Mərkəzi Asiya ölkələri üçün Xüsusi Proqramının (SPECA) İdarəedici Şurasının Dördüncü İclası Qırğızıstanın Bişkek şəhərində keçirilib. Azərbaycanı Milli Əlaqələndirici qismində İqtisadi İnkişaf Naziri, Milli Əlaqələndiricinin müavini kimi isə Xarici işlər nazirinin müavini təmsil edir. Sözügedən tədbirdə SPECA-nın İdarəedici Şurasında Azərbaycan üzrə Milli Əlaqələndiricinin Müavini, Xarici işlər nazirinin müavini M. Məmməd-Quliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Tədbirdə proqramın 2007 - 2009-cu illər üzrə fəaliyyəti qiymətləndirilmiş və 2010 - 2011-ci illər üzrə əsas fəaliyyət istiqamətləri müəyyən edilib. Bununla yanaşı, qlobal iqtisadi böhranın SPECA ölkələrinə təsirinə dair fikir mübadilələri aparılmışdır. Azərbaycan tərəfi SPECA-nın işinin səmərəliliyin artırılması məqsədilə proqram çərçivəsində fəaliyyət göstərən müvafiq İşçi Qruplarının işinin təhlilini, prioritet istiqamətlərin müəyyən edilməsini və digər konkret tövsiyələr təklif edib. Qlobal iqtisadi böhranın proqramın iştirakçı-ölkələrinə təsirinin azaldılması məqsədilə Azərbaycanın SPECA ölkələri üçün Ticarətə Yardım üzrə Yol Xəritəsi təşəbbüsü yüksək qiymətləndirilmiş və İdarəedici Şurada təsdiq edilmişdir. Proqramın İdarəedici Şurası Azərbaycan tərəfindən xahiş etmişdir ki, bundan sonra da bu təşəbbüsün reallaşdırılması üçün öz səylərini davam etdirsin. Azərbaycanın SPECA ölkələri üçün Ticarətə Yardım üzrə Yol Xəritəsi təşəbbüsü cari ilin 26-27 oktyabr tarixində SPECA-nın Ticarət üzrə İşçi Qrupunun Cenevrədə keçirilmiş iclasında ətraflı müzakirə edilmişdir. Azərbaycan tərəfi məsələ ilə bağlı müvafiq təqdimat etmişdir. Qeyd edilməlidir ki, bu təşəbbüs çərçivəsində BMT-nin İnkişaf Proqramı (UNDP) SPECA ölkələrində ticarətin inkişafı məqsədilə müvafiq ehtiyacların qiymətləndirməsini həyata keçirir və 2010-cu ilin fevral ayında Qırğızıstanda ekspertlər görüşünün, 2010-cu ilin iyun ayında isə Azərbaycanda SPECA ölkələrinin müvafiq məsələlər üzrə məsul olan Nazirlərinin Görüşünün təşkili nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA