Ramal Hüseynov "Standard"dan gedir

img

18-11-2009 [12:49]


"Olimpik-Şüvəlan"la oyunda qırmızı vərəqə alaraq, komandanın məğlubiyyətinə səbəb olan və bu səbəbdən də baş məşqçi Böyükağa Hacıyev tərəfindən məşqlərə buraxılmayan Ramal Hüseynov qış fasiləsində "Standard"dan ayrılacaq. Fanat.az xəbər verir ki, futbolçu bununla bağlı artıq qəti qərarını verib. Baş məşqçi ilə yola getməyən futbolçunun artıq özünə yeni klub axtarmağa başladığı deyilir. Ramalın yenidən Türkiyəyə qayıdaraq, karyerasını qardaş ölkədə davam etdirmək ehtimalı da var. Məlumata görə, bu işdə futbolçumuza meneceri, həm də "Bakı"nın vitse-prezidenti Tunc Afşar yardımçı olur. Ramal "Standard"dan qışda ayrılmağı planlaşdırsa da, bu daha tez baş verə bilər. Belə ki, baş məşqçi ilə anlaşa bilməyən futbolçu klub rəhbərliyi ilə görüşərək, bəzi məsələlərə aydınlıq gətirmək istəyir. Əgər rəhbərliklə anlaşa bilməsə, müqaviləsini qarşılıqlı razılaşma əsasında pozacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA