YAP bələdiyyə üzvlüyünə namizədlər üçün treninqlər keçirməyə bazlayıb

img

17-11-2009 [07:40]


Noyabrın 17-dən etibarən Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində irəli sürdüyü namizədlər üçün treninqlər keçirməyə başlayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov məlumat verib. Əli Əhmədov bildirib ki, treninqlər bütün bölgələri əhatə edəcək və təşviqat kampaniyasına start verilənə qədər başa çatacaq. ?Məqsəd bələdiyyə üzvlüyünə irəli sürdüyümüz şəxslərin namizəd kimi səriştələrini artırmaqdır. Eyni zamanda, onların təşviqat kampaniyası zamanı nə kimi addımlar atacağını, seçicilərlə təmas qurması, bu prosesdə hansı üsullardan istifadə etmələri və s məsələlər izah olunacaq? deyə YAP Sədrinin müavini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA