Viza rejimininin ləğvi ilə bağlı iranın Azərbaycan tərəfinə rəsmi məlumatı daxil olmayıb

img

16-11-2009 [12:54]


Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğvi gündəmdə olan məsələdir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib. Amma Türkiyə mətbuatında yazıldığı kimi, yaxın günlərdə Elmar Məmmdəyarovun həm də bu məqsədlə qardaş ölkəyə səfərini təkzib edib: ?Bu məsələ müzakirə olunur. Ancaq cənab nazirin Türkiyəyə səfəri nə zaman olacaq və səfər zamanı imzalanacaq hansısa sənəd barədə hələki məndə məlumat yoxdur?. İran İslam Respublikasının Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv etməsinə gəlincə, E.Poluxov deyib ki, hələki bu barədə İran tərəfindən Azərbaycan tərəfinə rəsmi məlumat daxil olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA