ATƏT seçkilərə müdaxilə etməməklə bağlı sessiyalar keçirəcək

img

16-11-2009 [11:34]


ATƏT-in Bakı ofisi bu gündən etibarən 3 gün müddətində Bakı, Şirvan və Gəncədə seçkilərə müdaxilə etməməklə bağlı informasiya sessiyaları keçirəcək. Qurumun Bakı ofisindən verilən məlumata görə, sessiyalar Prezident Administrasiyası və Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq şəraitində 69 regional icra hakimiyyətinin başçısı və 111 dairə seçki komissiyasının rəhbəri üçün təşkil olunur. Sessiya çərçivəsində iştirakçılar Seçki Məcəlləsinin tələbləri, ATƏT-in öhdəliklərində demokratik seçkilərə müdaxilə sayılan praktik nümunələrlə tanış olacaqlar. Həmçinin azad və ədalətli seçkilərin əsas prinsipləri, seçki komissiyalarının bu prosesdə, xüsusən bələdiyyə seçkilərinin keçirilməsində rolu məsələlərinə toxunulacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA