Aydınlar Partiyası gənclərlə bağlı çıxarılan hökmə etiraz edir

img

14-11-2009 [04:43]


Aydınlar Partiyası məhkəmənin gənc bloqqerlər - Emin Milli və Adnan Hacızadə barəsində azadlıqdan məhrumetmə maddəsiylə hökm çıxarılmasını pisləyən bəyanat verib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Aydınlar Partiyasının mətbuat xidmətindən məlumat daxil olub. Partiya iki gəncin peşə fəaliyyəti ilə bağlı və siyasi sifarişlə həbs edilməsi faktından narahat olduğunu bildirib və sərbəst düşüncə və azad fikrin ifadəsinə qarşı yönəlmiş bu neqativ hərəkəti qətiyyətlə pisləyib. Partiya belə hesab edir ki, gənclərin həbsi heç də onların hər hansı bir cinayət törətməsi ilə bağlı olmayıb, yalnız siyasi motivlərə əsaslanan bir həbsdir və məqsəd siyasi partiyalar və KİV üzərində total nəzarəti həyata keçirdikdən sonra ictimai-siyasi fəallığı ilə seçilən hər bir şəxsin demokratik yönümdə fəaliyyətinin qarşısını almaqdır. ADP demokratik beynəlxalq təşkilatları gənclərin azad olunması istiqamətində səyləri artırmağa səsləyib və dövlət başçısını beynəlxalq aləmdə ictimai nüfuzumuza xələl gətirəcək bu faktın qarşısını almağa və gənclərin dərhal azadlığa buraxılması üçün təsirli tədbirlər görməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA