islam Demokratlar da büdcə layihəsindən narazıdır

img

13-11-2009 [04:48]


2010-cu il büdcə layihəsi ilə bağlı narazılıqlar davam edir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı isə xüsusi olaraq elmə və səhiyyəyə ayrılan pulun azaldılmasını ciddi nöqsan sayır: ?İnsanların savadlanmasına. Yeni-yeni kəşflərin, ixtiraların ortaya çıxması üçün elmə ayrılan vəsait sıfır həddindən çıxarılmalıdır. Ümumi büdcənin 0,9 faizinin elmə ayrılması hökumətin bu işə ciddi yanaşmadığını göstərir. Dünya təcrübəsinə görə, elmə ayrılan pulun bu həddə olması bu sahənin yerində sayması kimi xarakterizə olunur. Sağlamlıq üçün ayrılan vəsaitin də azlığı təəccüb doğurmaya bilməz. İqtidarı təmsil edən deputatlar da etiraf etdilər ki, ürəyində qüsur olan uşaqların əməliyyat olunması üçün pul tapılmır. Üstəlik səhiyyə sahəsində ciddi kadr çatışmazlığı var. İmkanı olanlar müalicə və əməliyyat üçün xaricə üz tuturlar. Belə çıxır ki, hökumət Azərbaycan alimlərinin yeni kəşflər etməsini, xalqın isə sağlam olmasını prioritet sahə hesab etmir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA