Xaricdə yazayan soydazlarımız gənc bloqqerlərlə bağlı məhkəmə hökmünə etiraz edir

img

13-11-2009 [03:36]


Xaricdə yaşayan soydaslarımızın genc bloqqerler- Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı bəyanat verib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bəyanat müəllifləri Səbail rayon məhkəməsi tərəfindən siyasi sifarişlə və saxta ittihamlarla genc blogerlər haqqında qanunsuz hökm çıxarmasını qətiyyətlə pisleyirlər: ?Məhkəmənin gedişi zamanı birmənalı olaraq görünürdü ki, bu işin arxasında siyasi sifariş dayanır. Azərbaycan hakimiyyətinin genc bloqqerleri cəzalandırmaqla ölkədə müxalif dışüncəni qadağan etmek istiqametində atdığı addımlar bizləri ciddi narahat edir.Birmənalı olaraq görünürdü ki, bu işin, arxasında siyasi sifariş dayanır. Məhkəmənin sifarisli qərar çıxarması bir daha göstərdi ki, Azərbaycanda məhkəmə sistemi müstəqil deyil, yuxarıların göstərişlərini yerinə yetirməklə məşğuldur. Azərbaycan hakimiyyəti bu addımı ilə bir daha ATƏT və Avropa Şurasına, digər beynəlxalq qurumlara qoşularkən üzərinə gxtürdüyü öhdəliklərə əməl etmədiyini sübut etdi. Biz Azərbaycan hakimiyyətindən bu qanunsuzluqlara son qoymağı, həbs edilən gənclərin dərhal azad olunmasını tələb edirik. Oz növbəmizdə Adnan Hacizadənin və Emin Millinin qanunsuz həbsi ilə bağlı məlumatları yaşadıgımız ölkələrin dövlət qurumlarına bu ölkələrdə fəaliyyət göstərən beynəlxalq qurumlara, ölkə ictimaiyyətinə çatdırılması üçün bütün imkanlarfmfzdan istifadə edəcəyimizi bildiririk. 1. Eldəniz Yusibov Azərbaycanlı Siyasi Mühacirlərin Dünya Ittifaqı.Hollandiya; 2. Əli Hacılı, ?Azeriunited? Təşkilatı, Hollandiya; 3. Rəşad Sadıxov, ?Odlar Yurdu? Təşkilatı, Hollandiya 4. Sərdar Ağayev, ?Oğuz Yurdu? Cəmiyyəti, İsveç; 5. İsa Sadiqov, ?Odlar Yurdu? Təşkilatı (ehtiyatda olan polkovnik), Norveç; 5. İlham Həsən, Franktfurt Azərbaycan Cəmiyyəti, Almaniya; 6. İntiqam Məmmədov, Insan Haqlari Qafqaz burosu Almaniya;

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA