Ayaz Mütəllibovun fikirləri beynəlxalq səviyyədə təhrif olundu

img

12-11-2009 [05:54]


"Xocalıda baş verən hadisələri sonradan Bakıdakı hakimiyyətin üstünə atmaq və çevriliş etmək istəyən Azərbaycan müxalifəti təşkil edib". Müstəqil İnformasiya Agentliyi ?Armenia Today?a istinadən xəbər verir ki, bu iddia ilə BMT-də erməni nümayəndəsi Karen Nazaryan Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyevin çıxışına cavab olaraq səsləndirib və o, bu zaman Azərbaycanın keçmiş prezidenti, hazırda ASDP-nin həmsədri olan Ayaz Mütəllibovun bəyanatına istinad edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) digər həmsədri Araz Əlizadə isə Ayaz Mütəllibovun heç vaxt belə bir ifadə işlətmədiyini bildirib: ?Bir çex jurnalist var idi, o, 1992-ci ildə Mütəllibov hakimiyyətdən kənarlaşdırılanda onunla görüşmüşdü və müsahibə götürmüşdü. Həmin məsələyə də o müsahibədə toxunulmuşdu. Amma ermənilər həmişə olduğu kimi, yenə də Ayaz Mütəllibovun fikirlərini təhrif edirlər. Ayaz müəllim demişdi ki, Xocalı faciəsindən istifadə edən Xalq Cəbhəsi məni hakimiyyətdən kənarlaşdırmağa nail oldu. Ümumiyytlə, Ayaz Mütəllibov Xocalının xilası üçün əlindən gələni etmişdi, hətta Ağdama çoxlu sursat da göndərmişdi. Amma Xalq Cəbhəsinin bəzi nümayəndələri bunu qarşısını almışdılar ki, Xocalıya yardım getməsin. Eyni zamanda Ayaz müəllim Terpetrosyanla danışmışdı ki, insanların mühasirədən çıxması üçün dəhliz versinlər. Lakin ermənilər bu dəfə də xəyanət etdilər, dəhliz açacaqlarını bildirsələr də, belə bir imkanı yaratmadılar. Xalq Cəbhəsinin batalyonu da xəyanət edib, Xocalının köməyinə getməmişdi. Amma kim deyirsə, Ayaz Mütəllibov deyib ki, bu faciəni Xalq Cəbhəsi törədib, həmin adam qələt eləyir, başını da daşa döyür?. Bununla bağlı hər hansı bir mövqeyin bəyan olunub-olunmayacağına gəlincə, Araz bəy ?Bundan vaxtiylə Xalq Cəbhəsi geniş istifadə edirdi ki, guya Mütəllibov belə deyib. Bu silahı da ermənilərin əlinə Xalq Cəbhəsi verib. Ona görə də onlar Mütəllibova qarşı səhlənkarlıq maddəsi ilə cinayət işi qaldırmışdı. O ki qaldı ermənilərə cavab verməyə, 20 ildir ki, cavab verirəm, artıq yorulmuşam. Hesab edirəm ki, yenidən nəsə demək mənasız olardı. Amma mən onlarla bir tribunada olsaydım, arqumentlərlə onları yerlərində oturdardım. Düşünmürəm ki, Aqşin Mehdiyev buna cavab verməyib?,- söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA