Gənclərin həbsinə ABŞ Dövlət Departamenti reaksiya verdi

img

12-11-2009 [01:37]


ABŞ Dövlət Departamenti gənc liderlər Emin Milli və Adnan Hacızadənin azadlıqdan məhrum edilməsinə münasibətini açıqlayıb. Dövlət Departamentinin sözçüsü Yan Kellinin rəsmi bəyanatında bildirilir ki, ABŞ məhkəmənin bu qərarını təəssüflə qarşılayıb. "Bu məhkəmə qərarı Azərbaycanın demokratik islahatlar prosesində geriyə addımdır. Qeyri-şəffaf istintaq, qapalı keçirilən məhkəmə dinləmələri, qeyri-mütənasib ittiham, hücum edənlərin saxlanılmaması və məsuliyyətə cəlb edilməməsi polisin və məhkəmə hakimiyyətinin müstəqilliyinə şübhə doğurur, həmçinin Azərbaycanda ifadə azadlığının məhdudlaşdırılmasından narahatlıqları gücləndirir: Biz ümid edirik ki, keçmiş dörd ayın hadisələri Azərbaycanda söz azadlığı hüquqlarının korlanmasına işarə etmir və biz inandırırıq ki, apellyasiya prosesi ədalətli, vaxtında və şəffaf keçiriləcək. Biz həmçinin ümid edirik ki, hakimiyyət ölkədə vətəndaş cəmiyyətini sıxışdırmayacaq və Azərbaycan xalqının layiq olduğu demokratik islahatlar üçün cəhdlərini davam etdirəcək. ABŞ özünüifadə və birləşmə azadlığı da daxil olmaqla demokratik islahatlar sahəsində Azərbaycan hakimiyyəti və xalqı ilə işləmək öhdəliklərinə sadiqdir. Müstəqil məhkəmə sistemi, onun siyasi təsirlərdən azad olması və fəal vətəndaş cəmiyyəti qurumları müasir demokratik dövlətlərin əsas təməl daşlarıdır. Qeyd edək ki, noyabrın 11-də Səbail rayon Məhkəməsinin hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Azərbaycan Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərərvurma) və 221.2.1 (xuliqanlıq) maddələri üzrə ittiham olunublar. Xatırladaq ki, E.Milli və A.Hacızadə iyulun 8-də Azərbaycan paytaxtındakı ?Lebanese? restoranında baş verən insidentdən sonra saxlanılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA