iran Azərbaycana qarzı viza rejimini ləğv etdi

img

11-11-2009 [07:23]


İran Azərbaycanla birtərəfli viza rejimini ləğv edib. İranın Nazirlər Kabineti İrana səfər etmək üçün Azərbaycanla (Naxçıvan MR ilə birlikdə) viza rejiminin birtərəfli ləğvi ilə bağlı qərar qəbul edib. Qərara görə, Azərbaycan (Naxçıvan Muxtar Respublikası daxil olmaqla) vətəndaşlarına qarşı viza tətbiqi təktərəfli olaraq ləğv edilib. İran prezidentinin birinci köməkçisi Məhəmməd Rza Rəhminin müvafiq qurumlara göstərişindən sonra qərarın tətbiq ediləcəyi bildirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov isə ANS-ə bildirib ki, nazirliyə bu barədə sənəd daxil olmayıb. Xatırladaq ki, İranın bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv etmək niyyətində olduğu bildirilmişdi. Bu barədə məsələni İranın xarici işlər naziri Manüçöhür Mottaki hökumətin gündəminə gətirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA