YAP-çı deputatlar məhkəmənin gənclərlə bağlı qərarını haqlı sayır

img

11-11-2009 [05:11]


?Əgər məhkəmə gənclərlə bağlı belə qərar qəbul edibsə, demək, bunun üçün əsas var?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikri Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov jurnalistlərə açıqlamasında gənclərin barəsində çıxarılan məhkəmə qərarına münasibət bildirərkən səsləndirib. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə bildirib ki, məhkəmə qərar qəbul edərkən bütün şərtləri nəzərə alır: ?Bizi hansısa beynəlxalq təşkilatla, hansısa ölkəylə qorxutmaq lazım deyil. Bəzi qeyri-hökumət təşkilatları bu insanların həbsi ilə bağlı dünyaya səs-küy saldılar. Ancaq bir şeyi nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqil və demokratik dövlətdir. Azərbaycanda qanunların aliliyi prinsipi rəhbər tutulur. Və biz bu qanunlar əsasında bütün məsələləri həll edirik. Ona görə də bizi kiminləsə qorxutmaq, hansısa nüfuzlu şəxsin adını çəkmək məhkəməyə təzyiq vasitəsidir?. Gənclərin bağıslanması məsələsinə gəlincə, Rəbiyyət Aslanova deyib ki, Azərbaycan iqtidari heç vaxt şərə qarşı şər prinsipi ilə işləməyib: ?Biz həmişə humanizm prinsiplərindən çıxış etmişik və şərə qarşı xeyir prinsipin rəhbər tutmuşuq. Amma biz cəzasızlıq mühitində də yaşamaq istəmirik. Əgər cinayət törədilibsə, qanun pozuntusu varsa, normalar pozulubsa onlar cəzalandırılmalıdırlar?. Millət vəkili hesab edir ki, gənclərə verilən cəza yüngül deyil: ?Hər halda, məhkəmə belə cəza veribsə, deməli, bu cəza onların əməllərinə adekvatdır. Məhkəmə qərar qəbul edərkən cəzanın ağır və ya yüngül olduğunu qanunla nəzərə alır. Hakim öz istədiyi kimi qərar qəbul etməyib?. Xatırladaq ki, bu gün Səbail rayon Məhkəməsində Emin Milli və Adnan Hacızadənin barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Araz Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA