Elmar Məmmədyarov: ?Prezidentlərin görüzünün vaxtı və yeri dəqiqləzəcək?

img

11-11-2009 [02:51]


?Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ilə bağlı xarici işlər nazirləri tərəfindən məsləhətləşmələr aparılır. Yaxın günlərdə həmin görüşün yeri və vaxtı barədə açıqlama veriləcək?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov məlumat verdib. E.Məmmədyarovun sözlərinə görə, belə razılığa gəlinib ki, prezidentlərin görüşü Avropa şəhərlərinin birində keçirilsin: ?ATƏT-in Minsk Qrupunun həmsədrləri də prezildentlərin görüşü ilə bağlı məsəllər üzərində işləyir. Yaxın günlərdə bununla bağlı daha geniş məlumat veriləcək?. E.Məmmədyarov Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yeni təkliflərin olmadığını vurğuladı: ?Artıq 5 ildir müzakirə olunan əsas prinsiplər üzərində məsləhətləşmələr davam etdirilir. Hərdən meydana çıxan yeni nüanslarla bağlı müzakirələr aparılır. Bəzi məsələlərlə bağlı fikirləşirdik ki, razılığa gəlmişik, təəssüf ki, Ermənistan tərəfi yenidən müzakirə çıxarır. Buna görə də danışıqları aparmaq bir qədər çətindir. ATƏT-in Minsk Qrupunun həmsədrləri bu günlərdə Bakıda və Yerevanda oldular. İndi bilinəcək ki, Ermənistan tərəfi irəliləyişləri istəyirmi?. Xarici işlər naziri Dağlıq Qarabağ probleminin mərhələli həlli prinsipi ətrafında müzakirələrin aprıldığını vurğuladı: ?Mərhələli həllə görə, ilk növbədə işğal olunan torpaqlardan Ermənistan qoşunları çıxarılmalıdır. Sonradan kommunikasiyalar bərpa olunmalı, reablitasiya işləri aparılmalı, məcburi köçkünlər öz yerlərinə qaytarılmalıdır. Sonradan isə Dağlıq Qarabağın statusu müəyyənləşdirilə bilər. Amma bu status Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilməlidir. Beynəlxalq təcrübədə artıq belə ölkələr var. Məsələn, tatarlar Rusiya Federasiyasının tərkibində öz statusunu müəyyənləşdirib. Məsələnin çətinliyi isə ondadır ki, Ermənistan tərəfi statusun əvvəlcədən dəqiqləşdirilməsini istəyir. Danışıqlar zamanı bütün məsələlər ətrafında müzakirələr aparılacaq. Amma ilk növbədə işğal olunan torpaqlar azad edilməlidir?. E.Məmədyarov Dağlıq Qarabağa müvəqqəti statusun verilməsinin də danışıqların mövzusu olduğunu bildirdi: ?Amma ilk növbədə razılaşdırılmalıdır ki, hansı şəraitdə Ermənistan və Azərbaycan icmalarının nümayəndələri Dağlıq Qarabağda birgə yaşaya bilərlər. Əlbəttə o ərazidə polis, icra nümayəndələri olmalıdır. Hazırda bu məsələlər də müzakirə mövzusudur?. E.Məmmədyarov prezidentlərin növbəti görüşündən sonra həmsədrlərin regiona səfərinin olacağını bildirdi: ?Belə bir plan var. Dekabrın əvvəllərində Afinada ATƏT-in xarici işlər nazirlərinin görüşü olacaq. Həmin görüşdən sonra xarici işlər nazirlərinin müzakirələri davam etdirməsi məsələsi dəqiqləşəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA