Xələf Xələfov BMT-nin izgəncələrə qarzı Komitəsinin 43-cü sessiyasında iztirak edib

img

11-11-2009 [01:19]


Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə qarşı Komitəsinin Cenevrə şəhərində keçirilmiş 43-cü sessiyası çərçivəsində 9-10 noyabr 2009-cu il tarixində BMT-nin ?İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı? Konvensiyası üzrə Azərbaycan Respublikasının üçüncü dövri məruzəsinə baxılıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Azərbaycan prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Xarici işlər nazirinin müavini X.Xələfovun başçılıq etdiyi nümayəndə heyəti məruzənin təqdim edilməsində və müzakirəsində iştirak edib. Tədbirdə Azərbaycan nümayəndə heyətinin başçısı X.Xələfov çıxış edərək, ölkəmizdə insan hüquqlarının və əsas azadlıqlarının təmin olunması üçün yaradılmış hüquqi əsaslar, insan hüquqlarının və əsas azadlıqların qorunmasına və təşviqinin möhkəmləndirilməsinə yönəldilmiş səylər barədə ətraflı məlumat vermiş, 18 mart 2009-cu il tarixində keçirilmiş referendum nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş düzəlişlərin insan hüquqları və azadlıqlarının daha da möhkəmləndirilməsi və inkişafı baxımından əhəmiyyətini vurğulanıb. Həmin düzəlişlərin məhkəmə ədaləti və məhkəmənin müstəqilliyinin möhkəmləndirilməsinə yönəldiyi də bildirilib. Həmçinin, nümayəndə heyətinin başçısı Azərbaycan Respublikası Hökumətinin Konvensiya üzrə ikinci dövri məruzənin Komitəyə təqdim edilməsindən sonrakı müddət ərzində Komitənin tövsiyələrinin nəzərə alınaraq, ölkə qanunvericiliyin təkmilləşdirilməsi və implementasiyası, məhkəmə-hüquq, o cümlədən penitensiar sistemdə aparılmış islahatlar barədə qeyd edib. Nümayəndə heyətinin başçısı Azərbaycan Respublikası Hökuməti tərəfindən beynəlxalq və regional təşkilatlarla, o cümlədən Avropa Şurası və ATƏT ilə, Konvensiyanın müddəalarının həyata keçirilməsi üzrə birgə görülən tədbirlər barədə məlumat verib. Konvensiyanın həyata keçirilməsi ilə əlaqədar Azərbaycanın qarşılaşdığı çətinliklər və problemlər barədə məlumat verən nümayəndə heyətinin başçısı, çıxışında Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və bu təcavüzün nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Azərbaycan vətəndaşlarının zorla qovulması və həmin ərazilərdə etnik təmizləmənin aparıldığı barədə Komitə üzvlərini məlumatlandırıb. Nümayəndə heyətinin başçısı, münaqişə nəticəsində minlərlə azərbaycan vətəndaşlarının itkin düşməsi, girov götürülməsi və onların Ermənistan Respublikası tərəfindən əsirlikdə saxlanılması, o cümlədən əsir və girov götülümüş şəxslərə qarşı işgəncə və digər qəddar, qeyri-insani, insan ləyaqətini alçaldan rəftar və cəzaların verilməsi barədə yüzlərlə faktlar haqqında məlumat vermiş, 552 nəfərin işgəncə ilə qətlə yetirildiyini Komitə üzvlərinin nəzərinə çatdırıb. Daha sonra nümayəndə heyətinin başçısı və üzvləri, Komitə üzvləri tərəfindən məruzə üzrə verilən sualları və şərhləri ətraflı cavablandırmış, onlarla bağlı Azərbaycan Respublikasında görülmüş tədbirlər, atılmış addımlar, ardıcıl və sistemli surətdə göstərilən səylərin mahiyyəti və nəticələri haqqında təfsilatlı şərhlər veriblər. Komitə üzvləri çıxış edərək, məruzənin baxılmasında ölkəmizin yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmasını, cari il ərzində Azərbaycan Hökumətinin Universal Dövri İcmal da daxil olmaqla altı (6) BMT müqavilə orqanlarında dövrü məruzələrinin baxışının keçirilməsini, sözügedən Konvensiyanın Fakültativ Protokolunun ratifiaksiya edilməsini və insan hüquqlarının müdafiəsi sahəsində əsas beynəlxalq sənədlərə qoşulmasını, Avropa Şurasının İşgəncələrin qarşısının alınması üzrə Komitəsi ilə davam edən əməkdaşlığı, məhkəmə hüquq və penitensiar xidməti sahəsində aparılan islahatları yüksək qiymətləndiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA