ALDP MSK və DSK-lardan bu qanunsuz addımlara son qoymağı tələb edir

img

11-11-2009 [01:01]


Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) bələdiyyə seçkilərinə qatılan namizədlərinə qarşı süni əngəllər yaradılması ilə bağlı bəyanat qəbul edib. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə ALDP mətbuat xidmətindən daxil olub. Bəyanatda qeyd olunur ki, ALDP 2009-cu il 23-də keçiriləcək bələdiyyə seçkilərinə qatılan namizədlərinə qarşı süni əngəllər yaradılmasından narahatdır: ?Belə ki, partiyanın irəli sürdüyü bəzi namizədləri Dairə Seçki Komissiyaların (DSK) məsul şəxsləri tərəfindən maneələrə üzləşirlər. Partiyanın MSQ daxil olan məlumatlardan aydın olur ki, namizədlərini irəli sürən ALDP üzvlərinə qarşı xüsusilə yerli icra və blədiyyə strukturları tərəfindən basqılar edilməkdədir. Bu hallara Xətai rayon 34 və 35 saylı DSK-larda rast gəlmək mümkündür. Namizədlər tərəfindən təqdim edilən sənədlər əsassız olaraq şübhə altına alınır, sənədlərin götürülməsindən belə imtinz edilir. Bəzən isə DSK rəsmiləri tərəfindən bu və digər formada, mövcud qanunvericiliyin tələblərinə zidd olaraq namizədlər və onların səlahiyyətli nümayəndələri get-gələ salınır". ALDP bəyan edir ki, süni yaradılan maneələr seçkilərin şəffaf və demokratik keçiriləceyini şübhə altına alır. Belə hallarla digər rayon və qəsəbələrdə də müşahidə edilir. Baş verən hadisələr isə onu göstərir ki, bəzi güvvələr ALDP-nin bələdiyyə seçkilərində siyasi partiya kimi iştirakını əngəlləməklə bağlı seçki dairələrinə xüsusi tapşırıq verilib. ALDP hakimiyyət nümayəndələrindən, həmçinin MSK və DSK-lardan bu qanunsuz addımlara son qoymağı tələb edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA