Arif Həhimzadə: ?Mer seçkisinin nə vaxt keçiriləcəyini deyə bilmərəm?

img

10-11-2009 [05:13]


?Bakıda böyük bələdiyyənin yaradılması və mer seçkisinin keçirilməsi üçün təcrübə qazanmaq vacibdir?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə jurnalistlərə açıqlama verən Milli Məclisin Regional məsələlər daimi komitəsinin sədri Arif Rəhimzadə deyib ki, böyük bələdiyyənin yaradılması və mer seçkisinin keçirilməsi ilə bağlı bir çox problem var: ?Misal üçün, Bakı həddindən artıq qarışıq şəhərdir. Həmçinin onun dövlət əmlakı məsələsi də var. Paytaxtda dövlət torpaqları ilə bələdiyyə torpaqlarının bölünməsi başa çatmayıb. Bu prosesi yekunlaşdırmaq vaxt tələb edir?. Avropa Şurasına daxil olan ölkələr arasında yalnız Azərbaycan paytaxtında böyük bələdiyyə yaradılmayıb və mer seçkisi keçirilmir. Bu, ölkənin nüfuzuna xələl gətirmirmi? Sualın cavabında A.Rəhimzadə deyib: ?Sözsüz ki, bizim nüfuzumuzu qaldırmır. Amma biz bu işə gedəcəyik. Mer seçkisinin nə vaxt keçiriləcəyini isə deyə bilmərəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA