Sərdar Cəlaloğlu ABŞ-ın Azərbaycandakı diplomatik korpusuna müraciət edib

img

10-11-2009 [03:39]


Bu gün ADP sədri Sərdar Cəlaloğlu Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) Azərbayjandakı fəaliyyətini dayandırması ilə bağlı bu institutun təmsil etdiyi ABŞ-ın ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusuna mürajiət ünvanlayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ADP mətbuat xidmətindən məlumat daxil olub. Mürajiətdə qeyd olunur: ?Təəssüf hissi ilə qeyd edirik ki, Azərbayjan jəmiyyətinin apolitik bir durumda olduğu, vətəndaş jəmiyyəti institutlarının tədrijən sıradan çıxdığı, azad mətbuata və azad sözə qarşı basqıların baş verdiyi bir dönəmdə ölkəmizdəki demokratik proseslərin müdafiəsi sahəsində beynəlxalq təşkilatların, o jümlədən Amerika Birləşmiş Ştatlarının (ABŞ) dəstəyi hiss olunmaz səviyyədədir. Belə bir vaxtda Azərbayjanda fəaliyyət göstərən ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) da fəaliyyətinin dayandırılması ölkədə çox az sayda fəaliyyət göstərən demokratik kəsimə jiddi zərbə olardı. Nəzərə almalıyıq ki, bu gün Azərbayjanda fəaliyyət göstərən milli Qeyri-Hökumət Təşkilatlarının əksəriyyəti iflas həddindədir. Belə bir vaxtda beynəlxalq QHT-lərin nəinki fəaliyyətlərini dayandırması, əksinə onların ölkəmizdə daha aktiv fəaliyyət göstərməsi xüsusi əhəmiyyət kəsb edir. Mürajiətdə Azərbayjanın Qərbə inteqrasiya olunmasında bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o jümlədən BRİ-nin rolu yüksək dəyərləndirilir, Qərb dəyərlərinin daşıyıjısı kimi tanınan bu təşkilatın Azərbayjanda bundan sonrakı fəaliyyəti və mövqeyinin möhkəmlənməsi üçün ABŞ hökuməti tərəfindən lazımi addımlar atılması zəruri hesab edilir və demokratik təsisatların ölkəmizdə formalaşmasına verdiyi töhvələri nəzərə alaraq BRİ-nin fəaliyyətinin davam etdirilməsi istiqamətində səlahiyyətləri daxilində ABŞ səfirliyindən müvafiq addımlar atılması xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA