Ukraynada qadınlar hökumətin ?donuz qripi? ilə mübarizə siyasətinə etiraz olaraq soyundular

img

10-11-2009 [01:39]


Ukraynada hökumətin ?donuz qripi? ilə mübarizə siyasətinə qarşı qeyri-adi aksiya keçirilib. HABERLER.COM-un xəbərinə görə, etirazçılar qoruyucu maskalardan hazırlanmış alt paltarları geyərək küçələrə çıxıblar. Kiyevdəki Azadlıq meydanına toplaşan etirazçılar "FEMEN" qadın hərakatının nümayəndələri olublar. Onlar hökuməti xalq arasında qorxu və təşviş yaratmaqda ittiham ediblər. Qeyd edək ki, Ukrayna Səhiyyə Nazirliyi ölkədə oktyabr ayından bu vaxta kimi 930 min nəfərin ?A H1N1? virusuna yoluxduğunu, onlardan 144-nün öldüyünü bildirib. Virusun yayılması ilə bağlı ölkədə yanvarın 17-də keçirilməsi planlaşdırılan prezident seçkisi də təhlükə altına düşüb. Belə ki, seçkinin vaxtının dəyişdirilməsilə bağlı söhbətlər yaranıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA