AFFA Berti Foqtsla müqaviləni uzatdı

img

10-11-2009 [11:45]


Futbol üzrə Azərbaycan milli komandanın baş məşqçisi Berti Foqtsla müqavilə uzadılıb. Lent.az-ın məlumatına görə, bu barədə AFFA-nın prezidenti Rövnəq Abdullayevin Foqtsla görüşündə razılıq əldə olunub. Abdullayev almaniyalı mütəxəssisin yığmamıza baş məşqçi təyin olunduğu 2008-ci ilin aprelindən indiyə qədərki fəaliyyəti barədə hesabatını və gələcək üçün fəaliyyət proqramını dinləyib. Müzakirələrdən sonra Berti Foqtsun milli komandanın baş məşqçi kimi fəaliyyəti 2 il müddətinə uzadılıb. Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA