Müsavat hakimiyyəti ittiham edir

img

09-11-2009 [04:04]


?Bir neçə gündür ki, yerlərdə Müsavat Partiyasının Bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürmüş üzvlərinə qarşı hərtərəfli təzyiq və təqiblər başlanıb. Ağcabədi və Neftçala rayonlarında bütün sənədlər Dairə Seçki Komissiyalarına altı gün bundan əvvəl təqdim olunmasına baxmayaraq, hələ də müsavatçılara imza vərəqələri verilməyib. Tərtər rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin işçiləri və digər vəzifəli şəxslər Müsavatdan olan namizədlərə və onların yaxınlarına təzyiq göstərərək namizədliklərini geri götürməyi tələb ediblər. Eyni problemlər Beyləqan, Sabirabad, Zaqatala, İsmayıllı və Dəvəçi rayonlarında da var?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirlər Müsavat Partiyasının bu gün verdiyi bəyanatda yer alıb. Bundan əlavə, bəyanatda qeyd olunur ki, seçkilərin gərgin dövrü olmasına baxmayaraq Mərkəzi Seçki Komissiyası çox nadir hallarda iclaslar keçirir, bazar günləri isə orada heç kimi tapmaq mümkün olmur. Müsavat Partiyası bütün bunları Seçki Məcəlləsinin kobud şəkildə pozulması kimi qiymətləndirir. Hakimiyyət yenə də öz ənənəsinə sadiq qalaraq təqib, təzyiq, hədə-qorxu və şantaj üsulu ilə Müsavat Partiyasının namizədlərini seçki prosesindən uzaqlaşdırmaq istəyir. Bu faktların müxtəlif rayonlarda baş verməsi göstərir ki, əslində təqib və təzyiqlər yalnız yerli rəhbərlərin yox, həm də yuxarıların sanksiyası ilə həyata keçirilir. Müsavat Partiyası bütün bunlara özünün qəti etirazını bildirir və bu özbaşınalıqlara son qoyulmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA