Azərbaycan parlamentariləri GUAM-ın IV plenar iclasında iztirak edəcəklər

img

07-11-2009 [05:30]


Milli Məclisin deputatları GUAM-ın IV plenar iclasında iştirak edəcəklər. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasyia Agentliyinə verilən məlumata görə, Milli Məclisin GUAM Parlament Assambleyasına daimi nümayəndə heyətinin rəhbəri Elton Məmmədovun başçılığı ilə deputatlar Elman Məmmədov, Mirkazım Kazımov və Əli Məsimli təşkilatın IV plenar iclasında iştirak etmək üçün sabah Gürcüstanın paytaxtı Tiflisə səfərə yola düşəcəklər. İclasda GUAM ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılacaq, bu təşkilatın geosiyasi əhatəsi və üzv ölkələr arasında əməkdaşlığa təsiri məsələləri nəzərdən keçiriləcək. GUAM ərazisində siyasi, iqtisadi, enerji, nəqliyyat və ekoloji baxımdan regional təhlükəsizlik məsələlərinə baxılacaq, bu ərazidəki mövcud münaqişələrin regional və beynəlxalq sabitliyə, sülhə və inkişafa təsiri araşdırılacaq. Tədbirdə Azərbaycan deputatlarından Elton Məmmədov giriş nitqi ilə çıxış edəcək, Əli Məsimli ?Baltik?Qara dəniz bölgəsində əməkdaşlığın perspektivləri? mövzusunda məruzə oxuyacaq. Səfər noyabrın 10-da başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA