Xarici izlər Nazirliyi Azərbaycan vətəndazlarına xəbərdarlıq edib

img

07-11-2009 [12:25]


Azərbaycan Xarici İşlər Nazirliyi (XIN) xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarına A/H1N1 virusunun yayılması ilə əlaqədar xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatının 17 oktyabr 2009-cu ilə olan məlumatına əsasən dünya üzrə 414 mindən çox laborator təsdiq olunmuş virus qripi ilə xəstə qeydə alınıb və 5 min nəfər bu xəstəlikdən ölüb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə 2009-cu ildə dünya üzrə H1N1 virusuna yoluxma hallarının təsdiqləndiyi ölkələrin siyahısı aşağıdakı kimidir: ABŞ, Almaniya, Argentina, Avstriya, Avstraliya, Antil Adaları, Antiqua və Barbuda, Bermud Adaları, Baham adaları, Barbados, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bruney, Böyük Britaniya, Britaniya Virgin Adaları, Boliviya, Bolqarıstan, Belçika, Braziliya, Bosniya və Hersoqovina, Çin, Çili, Çex Respublikası, Danimarka, Dominikan Respublikası, Dominika, Əlcəzair, Efiopiya, Ekvador, El Salvador, Estoniya, Fici, Finlandiya, Fransa, Fransa Polineziyası, Filippin, Hindistan, Honduras, İran, İraq, İspaniya, İsveç, İsveçrə, İrlandiya, İslandiya, İsrail, İtaliya, İordaniya, Kamboca, Kayman Adaları, Kolumbiya, Kabo-Verde, Kot d?İvuar, Kosta Rika, Keniya, Kuba, Kipr, Kanada Koreya Respublikası, Kuba, Küveyt, Laos, Lüksemburq, Livan, Liviya, Latviya, Litva, Keçmiş Yuqoslaviya Respublikası Makedoniya, Misir, Malayziya, Martinike, Macarıstan, Malta, Mavriki, Monako, Monqolustan, Myanma, Nepal, Niderland, Norveç, Nikaraqua, Oman, Panama, Papua Yeni Qvineya, Palau, Paraqvay, Peru, Polşa, Portuqaliya, Puerto-Riko, Qayana, Qvatemala, Ruanda, Rumıniya, Rusiya, Samoa, Sinqapur, Serbiya, Səudiyyə Ərəbistanı, Sao Tome və Prinsipi, Sloveniya, Slovakiya, Surinam, Suriya, Şri Lanka, Sent Lusiya, Tailand, Türkiyə, Trinidad və Tobaqo, Tunis, Ukrayna, Uqanda, Uruqvay, Vanuatu, Venesuela, Vircin Adaları, Vyetnam, Yəmən, Yunanıstan, Yeni Zelandiya, Yamayka, Yaponiyada və İordan çayının Qərb sahili və Qəzza zolağı. Bu ölkələrdə olan və səfər etməyə hazırlaşan vətəndaşlara ehtiyatlı olmaq məsləhət görülür. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən virusun yayıldığı regionlar üzrə bölgü aşağıdakı kimi aparılıb: Afrika ? 13297 yoluxma halı baş verib. Bunlardan 75 nəfəri vəfat edib; Amerika ? 160129 yoluxma halı baş verib. Bunlardan 3539 nəfəri vəfat edib; Şərqi Aralıq dənizi zonası ? 14739 yoluxma halı baş verib. Bunlardan 96 nəfəri vəfat edib; Avropa ? 63000-dən çox yoluxma halı baş verib. Bunlardan ən azı 261 nəfəri vəfat edib; Cənub Şərqi Asiya ? 41153 yoluxma halı baş verib. Bunlardan 573 nəfəri vəfat edib; Qərbi Sakit okean zonası ? 122267 yoluxma halı baş verib. Bunlardan 455 nəfəri vəfat edib. Bütün bunları nəzərə alaraq Azərbaycan Xarici İşlər Nazirliyi xarici ölkələrə səyahət edən Azərbaycan Respublikası vətəndaşlarına ehtiyatlı olmağı və virusa yoluxduqda və ya yoluxma halları ilə rastlaşdıqda həkimə müraciət etməyi tövsiyə edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA