?Xəzər Lənkəran?la oyunda məğlubiyyətdən bazqa istənilən nəticə bizim üçün uğurlu sayılacaq?

img

06-11-2009 [04:18]


?Xəzər Lənkəran?la oyuna çox ciddi hazırlaşırıq. Məqsədimiz səfərdən sərfəli nəticəylə qayıtmaqdır?. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri ?Neftçi?nin baş məşqçisi Vaqif Sadıqov deyib. Təcrübəli mütəxəssis heyətlə bağlı bəzi problemlərinin olduğunu söyləyib: ?Suat Ustayla Ruslan Əmircanovun zədələri var. Bundan başqa müxtəlif səbəblərdən Zaur Tağızadə, Leonard Naydin və Elmar Baxşıyev ?Xəzər Lənkəran?la oyunda bizə kömək edə bilməyəcəklər. Bununla belə, biz səfərdə uğurlu nəticəylə dönməyə çalışacağıq. Kimin oynayıb-oynamamasından asılı olmayaraq?. V.Sadıqov rəqibin çox güclü olduğunu da bildirib: ?Xəzər Lənkəran? çox güclü rəqibdir. Yaxşı, səviyyəli futbolçulardan qurulmuş heyəti var. Bu komandanın əsas üstünlüyü onun hücum futbolu oynamasındadır. Buna görə də rəqibə hücum futbolu oynamağa imkan verməməliyik?. ?Xəzər Lənkəran?la oyunda hansı nəticə sizin üçün uğurlu hesab olunacaq? sualını isə ?Neftçi?nin çalışdırıcısı belə cavablandırıb: ?Məğlubiyyətdən başqa istənilən nəticə. Təbii ki, qələbə qazansaq, lap əla olar. Amma bizim üçün nəticədən əlavə gözəl oyun da vacidir. İstəyirik ki, həm səfərdə yaxşı oyun sərgiləyək, həm də nəticə qazanacaq. Azarkeşlərimiz komandanın oyunundan zövq almalıdırlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA