NATO protokolların imzalanmasına münasibət bildirdi

img

06-11-2009 [04:07]


Ermənistan-Türkiyə əlaqələrinin yaxşılaşması regionda stabilliyin yaranması üçün müsbət siqnaldır. Bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Robert Simmons deyib. O xatırladıb ki, regionda dondurulmuş münaqişələr, o cümlədən Qarabağ və Rusiya-Gürcüstan münaqişələri var. Bununla yanaşı, Simmons qeyd edib ki, Ermənistan-Türkiyə protokolları iki ölkə arasında olan məsələdir. "Buna baxmayraq, Alyans münasibətlərin normallaşdırılmasını təşviq edir. Amma NATO bu prosesin iştirakçısı ola və yaxud hansısa tərəfi dəstəkləyə bilməz?, deyə Simmons qeyd edib. ?Biz ümid edirik ki, imzalanmış protokollar ratifikasiya ediləcək, çünki artıq dediyim kimi, onlar stabilləşdirici əhəmiyyət daşıyırlar?, deyə o əlavə edib. NATO baş katibinin nümayəndəsi həmçinin deyib ki, o, Ermənistan rəhbərliyi ilə Türkiyə-Ermənistan prosesini müzakirə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA