Bu gün gənc bloggerlər- Adnan Hacızadə və Emin Millinin məhkəməsi davam edəcək

img

06-11-2009 [11:49]


Bu gün Səbail rayon məhkəməsində həbsdə olan bloggerlər Emin Milliylə Adnan Hacızadənin məhkəmə prosesi davam edəcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, məhkəmə saat 3-də başlayacaq. Bu günkü prosesdə şahid ifadələri dinləniləcək. Xatırladaq ki, Adnan Hacızadə və Emin Mİlli bu il iyulun 8-də ?Livan? restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA