Ramal Hüseynov yenə hakimləri günahlandırdı

img

04-11-2009 [05:05]


?Neftçi?ylə oyunda olduğu kimi bu dəfə də qırmızı vərəqəni heç nədən aldım. Adi epizodda hakim mənə boş yerə sarı vərəqə göstərdi. Daha sonra isə qırmızı vərəqə?. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri Unibank Premyer Liqanın son turunda ?Olimpik-Şüvəlan?la matçda cari mövsümdə ikinci dəfə qırmızı vərəqə alan ?Standard?ın üzvü Ramal Hüseynov deyib. R.Hüseynov bildirib ki, qarşılamadan sonra bu haqda AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova da narazıçılığını bildirib: ?Oyundan sonra AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova da narazılığımı bildirdim. Hakimlərimiz belə edirlər ki, beynəlxalq oyunlar zamanı heç nə edə bilmirik. Mən həmişə belə oynamışam, bundan sonra da belə oynayacağam. Kobud yox, aqressiv oynayıram. Bu da özümdən asılı deyil. Çünki mən futbolu kişi kimi oynayıram, qız kimi yox?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA