Həsrət Rüstəmov Türkiyə Demokrat Partiyası ilə ADP-nin əməkdazlığını vacib sayır

img

04-11-2009 [03:00]


Xəbər verdiyimiz kimi, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bu yaxınlarda Ana Vətən partiyası ilə birləşən Türkiyə Demokrat Partiyasının başqanı Hüsaməddin Cindoruqa təbrik məktubu göndərib. Təbrik məktubunda türkdilli ölkələrdə fəaliyyət göstərən demokrat partiyalarının əməkdaşlıq edəcəyi birliyin yaradılması ideyası da yer almışdı və Türkiyə demokratlarının bu təşəbbüsə dəstək verməsi arzu olunurdu. ADP drinin birinci müavini Həsrət Rüstəmov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Bk ideyanın təsadüfən meydana gəlməydini bildirib: ?Bildiyiniz kimi, sovetlər dağıldıqdan sonra Türkiyə, Şimali Kipr və Orta Asiya türk respublikaları ilə əlaqələrin sıxlaşdırılması daim bu xalqların diqqət mərkəzində olub və rəsmi səviyyədə müəyyən birlik formatları da yaradılıb. Amma görünən budur ki, türkdilli ölkələrin hökumətləri arasında hələ də çoxlu problemlər mövcüddur və tez-tez bu ölkələr arasında narazılıqlar və gərginliklərin şahidi oluruq. Biz belə hesab edirik ki, bu cür halların meydana çıxmasının səbəblərindən biri də xalqlarımız arasında ictimai əlaqələrin zəif olmasıdır. Ona görə də türkdilli dövlətlərin demokrat partiyalarını özündə birləşdirən bir birliyin formalaşdırılması və onun vasitəsilə bu ölkələrin xalqlarını daha da yaxınlaşdıracaq bir siyasi platformanın yaradılması təşəbbüsü ilə çıxış etmişık. Artıq bu istiqamətdə ilk addımlar atılıb və çox güman ki, yaxın gələcəkdə Türkiyə Demokrat Partiyasının da fəal dəstəyi ilə belə bir birliyin formalaşması mümkün olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA