iqbal Ağazadə: ?Bu seçkidə hakimiyyətin ən ciddi alternativi ümid Partiyası olacaq?

img

04-11-2009 [02:42]


?Bu gün namizədlər siyahısına baxanda Ümid Partiyasının apardığı təbliğat çox yüksək səviyyədə olmasa da, Azərbaycanı tam şəkildə əhatə etməsək də, partiya kimi əzn azı 900 subyektdə iştirak edəcəyik. Bu da 3 mindən artıq namizədin seçki marafonuna qatılması ilə nəticələnəcək. Hesab edirəm ki, bu sayda ikinci bir müxalifət partiyası seçkidə olmayacaq?. Bu sözləri Müstəqil İnofrmasiya Agentliyinə Ümid Partiyasının sədri İqbal Ağazadə qarşıdan gələn bələdiyyə seçkilərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, məlum səbəblərdən Ümid Partiyası 15 minə yaxın bələdiyyənin hamısında həm say, həm subyekt etibarı ilə təmsil oluna bilimir: ?Bu, Azərbaycanda ictimai-siyasi vəziyyətdən, hakimiyyətin siyasətdə iştirak edənlərə repressiv münasibətindən, seçkilərin nəticələrinin saxtalaşdırılmasından, seçki komissiyalarında etimad mühitinin olmamasından, bələdiyyələrin səlahiyyətlərinin aşağı olmasından asılıdır. Amma bununla belə, hazırkı situasiyada bələdiyyə seçkilərində işirak bütün aspektlərdən səmərəlidir. Hesab edirəm ki,bələdiyyə seçkilərində hakimiyyətin ən ciddi alternativi Ümid Partiyası olacaq?. Seçkiyə partiya şəkilində qatılan Müsavatın prosesdə Ümidə rəqib olub-olmayacağına gəlincə, İ.Ağazadə ?Seçki marafonunda bizim rəqibimiz Müsavat Partiyası deyil, hakimiyyətdir?,- söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA