Musavat və ALDP-nin səlahiyyətli nümayəndələri qeydə alınıb

img

03-11-2009 [06:38]


Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda bələdiyyə seçkiləri ilə bağlı Müsavat və Liberal Lemokrat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. MSK katibi Natiq Məmmədov bildirib ki, Müsava seçki komissiyasına təlimatlarda nəzərdə tutulmuş sənədlərdən çox sənəd təqdim edib. Onun sözlərinə görə, əlavə olaraq partiya adından açıqlama verilib ki, guya MSK nümayəndələri onlardan əlavə sənədlər tələb ediblər: "Mən bu məsələni araşdırdım və onlardan heç bir əlavə sənəd tələb olunmayıb. Onların mətbuatda yaydıqları məlumatlarda belə anlaşılır ki, biz bu partiyanın nümayəndələrinin qeydə alınmasını istəmirik. Əksinə, biz heç kimə maneçilik yaratmırıq, onlara yardım etməyə çalışırıq?. MSK sədrinin müavini Svetlana Qasımova isə bildirib ki, bununla bağlı MSK bəyanatla çıxış etsin və həmin bəyanat Müsavatın bəyanatı dərc olunan qəzetlərdə yerləşdirilsin: ?Məndə olan məlumata görə Müsavat nümayəndələri özləri artıq sənəd gətiriblər və müvafiq şöbənin əməkdaşlarından xahiş ediblər ki, o sənədləri də qəbul etsinlər?. Müsavat Partiyasının Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı isə bildirib ki, əlavə sənədləri MSK-nın ümumi şöbəsi tələb edib. Müzakirələrdən sonra MSK üzvlərinin qərarı ilə iclasda Musavat Partiyasının bələdiyyə seçkilərində 27 səlahiyyətli, bir maliyə məsələləri üzrə nümayəndəsi, ALDP-nin isə bir səlahiyyətli və bir maliyyə məsələləri üzrə nümayəndəsi qeydə alınıb. MSK sədri Məzahir Pənahov bildirib ki, yerlərdə namizədlərin qeydə alınması məsələsi müvəffəqiyyətlə davam edir: ?Siyasi partiyalar tərəfindən 20-ə yaxın partiya öz adından namizədliyini irəli sürüb. 1718 Bələdiyyə üzrə 28 826 nəfər müraciət edib. Onların hamısına imza vərəqələri paylanıb. 27 728 nəfər imza vərəqələri götürüb. Artıq 7 927 nəfər qeydiyyatdan keçib. Bu qeydiyyatdan keçənlərin arasında 10 partiyanın irəli sürdüyü namizədlər var?. İclasın sonunda isə 117 saylı Oğuz-Qəbələ, 9 saylı Binəqədi ikinci, 112 saylı Qax və 29 saylı Səbail dairə seçki komissiyalarının üzvlərinin tərkibində dəyişiklik edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA