ABŞ-ın Beynəlxalq Respublikaçılar institutunun Bakı ofisi fəaliyyətini dayandırır

img

03-11-2009 [02:02]


Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiyanın qərargahında ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri cənab Ceyk Consla görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Ceyk Cons İsa Qəmbərlə görüşündə ona bu ilin noyabrın 30-da Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin Azərbaycanda fəaliyyətinin dayandıracağı haqda məlumat verib. Müsavat Başqanı Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin ölkəmizdə fəaliyyətinin dayandırılmasından təəssüfləndiyini və ABŞ-Azərbaycan əlaqələrinin möhkəmlənməsi, eləcə də demokratiya və azadlıqlarla bağlı problemlərin diqqətdə saxlanılması baxımından ofisin işini davam etdirməsinin daha məqsədəuyğun olduğunu bildirib. Görüşdə iştirak edən tərəflər məsləhətləşmələrin və Müsavat Partiyası ilə BRİ-nin əməkdaşlığının istənilən halda davam etdirilməsi barədə fikirlərini bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA